Rusiya prezidenti Vladimir Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı Finlandiya və Norveç liderlərinin xahişi ilə baş tutub.
Bu barədə Kremlin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, liderlər Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Putin Ukraynadakı münaqişə zonasındakı mövcud vəziyyəti qiymətləndirib və onun köklü səbəblərini xatırladıb.
Rusiya prezidenti qeyd edib ki, Ukraynada ədalətli, uzunmüddətli sülh yalnız Rusiyanın maraqları nəzərə alındıqda mümkündür.
Putin Ukraynadakı münaqişəni uzadan NATO və Avropa İttifaqı ölkələrinin qarşıdurma siyasətinə diqqət çəkib.
O, Finlanlandiya və Norveç liderlərini ABŞ-ın vasitəçiliyi ilə Aleşki şəhəri ərazisində aparılan humanitar əməliyyat barədə məlumatlandırıb.
Putin və Finlandiya və Norveç liderləri birbaşa telefon əlaqəsini davam etdirmək barədə razılığa gəliblər.
Putin Stubb və Störe ilə söhbəti zamanı Baltik dənizində və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə edib.
Liderlər beynəlxalq dəniz hüququna və naviqasiya azadlığı prinsipinə riayət etməyin vacibliyini bir daha təsdiqləyiblər.
***
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
Bu barədə Finlandiya Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, telefon danışığına Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.
Stubb söhbəti "açıq və mənalı" adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.
Finlandiya Prezidenti və Norveç Baş nazirinin Putinlə telefon danışığı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı olub.
Stubb bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa dialoqa ehtiyac var.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya liderləri ilə mümkün söhbətini nə təsdiqləyib, nə də təkzib edib.
.
