ABŞ Prezidenti Donald Tramp NATO-ya müsbət yanaşsa da, zərurət yaranacağı halda alyansın ABŞ-ın yanında olub-olmayacağına tam əmin olmadığını bildirib.
Tramp bunu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ NATO üçün böyük maliyyə xərcləri çəkir, lakin alyans üzvlərinin eyni səviyyədə Vaşinqtona dəstək verib-verməyəcəyi sual altındadır.
Tramp vurğulayıb ki, NATO-ya ehtiyac yaranacağı təqdirdə, alyansın ABŞ-ın yanında olub-olmayacağına dair tam əminlik yoxdur.
ABŞ Prezidenti NATO ilə bağlı mümkün nəticələrə də toxunub. O qeyd edib ki, bu vəziyyət alyansa təsir edərsə, qoy etsin: “Biz onlara daha çox lazımıq, nəinki onlar bizə”.
.
