ABŞ-ın İrana qarşı hərbi əməliyyatında NATO ölkələri iştirak etmək istəmir.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, NATO müttəfiqlərinin əksəriyyəti əməliyyata qoşulmaq istəmədiyini Vaşinqtona bildirib, baxmayaraq ki, bir çox ölkə İranın nüvə silahı əldə etməməsi ilə bağlı mövqeni dəstəkləyir.
Tramp bu mövqeyə təəccüblənmədiyini vurğulayaraq, NATO-nu “bir tərəfli küçə” adlandırıb və ABŞ-ın hər il yüz milyardlarla dollar xərclədiyini, müttəfiqlərin isə qarşılıq vermədiyini bildirib.
ABŞ prezidenti əlavə edib ki, İrana qarşı əməliyyat zamanı ölkənin hərbi imkanları ciddi zərbə alıb, o cümlədən dəniz qüvvələri, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri məhv edilib.
Onun sözlərinə görə, bu uğurdan sonra ABŞ-a NATO və digər müttəfiqlərin dəstəyinə ehtiyac qalmayıb.
.
