ABŞ prezidenti Donald Tramp KXDR-in nüvəsizləşdirilməsinə nail olmaq üçün əvvəlki kimi Şimali Koreya lideri Kim Çen Innla qarşılıqlı fəaliyyətə hazırdır.

Bunu Ağ Ev rəsmisi “Renhap” agentliyinin jurnalistlinə bildirib.

“Prezidentin bu hədəfləri əvvəlki kimi qüvvədədir və o Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmaq üçün lider Kimlər qarşılıqlı fəaliyyətə açıq qalmaqdadır”, - deyə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib.

O, Trampın hakimiyyəti dövründə Ağ Ev rəhbərinin Şimali Koreya lideri ilə 3 dəfə görüşdüyünü və həmin görüşlərin Koreya yarımdasında vəziyyətin sabitləşməsinə töhfə verdiyini və iki ölkənin liderləri səviyyəsində nüvəsizləşdirmə haqda razılaşmanın əldə olunmasını xatırladıb.

.