ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə təslim olacağını düşündüyünü bildirib.
O, bunu Ağ Evdə süni intellekt texnologiyaları ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Onların artıq təslim olmağa hazırlaşıb-hazırlaşmadığını bilmirəm. Amma təslim olacaqlar. Vəziyyətləri çox pisdir”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin son bir neçə gündə Hörmüz boğazından rekord həcmdə neft daşındığını iddia edib.
Tramp İranın nüvə silahına sahib olmayacağına əminliyini bir daha ifadə edib. İran hakimiyyəti isə nüvə silahı hazırlamaq niyyətində olmadığını dəfələrlə bildirib.
.
