ABŞ Prezidenti Donald Tramp ölkənin aidiyyəti qurumlarına Kanadada istehsal olunan məhsulların illik həcmi 50 milyard dollardan çox olan dövlət satınalmaları planlarından çıxarılmasını tapşırıb.

 Tramp “Truth Social” hesabında Kanadanın uzun illərdir ABŞ-dan faydalandığını bildirib.

Onun sözlərinə görə, Kanada hökuməti və əyalətləri ABŞ-ın kiçik bizneslərinə və şirkətlərinə dövlət satınalma bazarlarında satış həyata keçirməyə imkan vermir.

Tramp ABŞ-ın müvafiq qurumlarının, o cümlədən dövlət satınalmalarına nəzarət edən Ümumi Xidmətlər Administrasiyasının cavab tədbirləri görəcəyini açıqlayıb. O, “qarşılıqlılıq yoxdursa, bundan sonra çıxış da olmayacaq” - deyib.

ABŞ lideri bildirib ki, Kanada Amerika fermerləri və şirkətləri ilə bağlı qarşılıqlılıq və ədalət prinsipinə tam əməl edənədək Kanada mənşəli məhsulların dövlət satınalmalarından çıxarılması üçün bütün zəruri tədbirlər görüləcək.

Bu qərar ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda verilib.

.