ABŞ Prezidenti Donald Tramp respublikaçıların növbəti seçkidə prezidentliyə iki layiqli namizədinin olduğunu bəyan edib. Ölkə başçısı vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu 2028-ci il seçkisində əsas varisləri hesab etsə də, onlar arasında seçim etmək istəməyib.

Tramp "NBC News"a verdiyi müsahibədə məsələyə münasibət bildirib:

"Respublikaçıların əla namizəd heyəti var. Bunun təfərrüatlarına varmaq istəmirəm, hələ üç ilimiz var. Mənim əla iş görən iki nəfərim var və mübahisə yaratmaq istəmirəm. Düşünürəm ki, hər ikisi çox ağıllıdır, onlardan biri daha diplomatikdir. Onların iş üslublarında bəzi fərqlər var".

Qeyd olunur ki, vitse-prezident növbəti seçkidə partiyanın prezidentliyə namizədi kimi daha şanslıdır. Vens hələlik prezidentliyə namizədliyini düşünmədiyini, lakin 2026-cı il aralıq Konqres seçkisindən sonra Trampla bu barədə müzakirə aparmağa hazır olduğunu bildirib. Rubio özü də Vensi respublikaçıların prezidentliyə ən layiqli namizədi olduğunu deyib.

.