
ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı dünyanın ən güclü ordularından birinə sahib ölkənin lideri adlandırıb.
Tramp bu fikirləri Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı səsləndirib.
"Mən mülayim insanları sevirəm, amma Ərdoğan dünyanın ən güclü ordularından birinin lideridir. O çətin insandır, lakin dostum olması məni xoşbəxt edir", - Ağ Ev rəhbəri vurğulayıb.
.