ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasını genişmiqyaslı korrupsiyada ittiham edib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
D.Tramp həmçinin bildirib ki, vitse-prezident Cey Di Vensə bütün diqqətini demokratların idarə etdiyi şəhər və ştatlarda, o cümlədən Minnesota, Kaliforniya və İllinoysda cinayətkarlıq və korrupsiya ilə mübarizəyə yönəltməyi tapşırıb.
ABŞ liderinin iddiasına görə, bu ştatlarda hər ay milyardlarla dollar oğurlanır: "Bu genişmiqyaslı cinayətkar fəaliyyətin qarşısını almaq mümkün olsaydı, büdcəmizi tez bir zamanda balanslaşdırmaq olardı. Korrupsiya Demokratlar Partiyası rəhbərliyinin qanındadır!".
.
