Rusiya ilə Ukrayna arasında qarşıdan gələn əsir mübadiləsi nizamlamada irəliləyişin olduğunu göstərir.
Yenizaman-nın Moskva müxbiri xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
O, Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndə heyətlərinin səmərəli çalışdıqlarını, təmasların müsbət atmosferdə keçdiyini vurğulayıb.
Uitkoff qeyd edib ki, avropalılar Əbu-Dabidə danışıqlar masasında olmayıblar, lakin üçtərəfli əlaqələr barədə məlumatlandırılıblar.
Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenskiyə Putinlə danışıqları barədə məlumat verəcəyini də bildirib.
.
