ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə bu gün Moskvada baş tutan danışıqlar barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verəcək.

Bunu Uitkoff Putinlə görüşü zamanı deyib.

"Avropa ölkələrinin Əbu-Dabidəki (BƏƏ) nümayəndələri danışıqlar masası arxasında əyləşməsələr də, təmaslar barədə məlumatlandırılıblar", - Uitkoff qeyd edib.

Öz növbəsində, ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Vaşinqtonun avropalılarla təhlükəsizlik arxitekturasının müzakirəsinə başladığını bildirib.

Onun sözlərinə görə, avropalılar danışıqlarda iştirak etmək və Rusiya-Ukrayna münaqişəsini başa çatdırmaq istədiklərini bildirirlər. Kremldə bugünkü danışıqlarda münaqişənin başa çatdırılmasını və buna aparan yolları müzakirə etmək imkanı olacaq.

.