"Roma” futbol klubunun kapitanı Françesko Tottinin zədəsinin bərpası yubanır. Təcrübəli forvard A seriyasında oktyabın 18-i "Napoli”ilə görüşdə dizaltı bağlarını zədələmişdi. 37 yaşlı futbolçunun artıq bu həftəsonu yaşıl meydanlara qayıdacağı gözlənirdi.
Amma İtaliya mətbuatında yayılan son xəbərlərə görə, Totti ən tezi dekabrın əvvəlində komandasına kömək edə biləcək. Beləliklə, onun "Sassuolo”, "Kalyari”, "Atalanta” və "Fiorentina”ya qarşı oynamayacağı dəqiqləşib.
.
