Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə milli komandasının tarixində 20 qələbə qazanmaqla rekorda imza atıb.

"OptaJoe" xəbər verir ki, 53 yaşlı mütəxəssisə bu göstəriciyə çatmaq üçün 26 oyun kifayət edib.

İngiltərə seçməsi UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun IV turunda Çexiyaya 3:0 hesabı ilə qalib gəlib. Bu görüşdə Harri Keyn dubl edib, rəqib komandanın müdafiəçisi Vladimir Tsoufal isə avtoqol müəllifi olub.

Qeyd edək ki, T.Tuxel 2025-ci il yanvarın 1-dən İngiltərə yığmasını çalışdırır.

.