Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır, lakin Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir.
Bu barədə Avropa Komissiyasının baş sözçüsü Paula Pinyon bu gün Brüsseldə keçirilən brifinqdə bildirib.
“Biz bu dəvətdən xəbərdarıq və çoxtərəfli formatda görüşə diqqət yetirməkdə davam edirik. Bu formatda iştiraka hazırıq”, – o bildirib.
Avropada təhlükəsizlik arxitekturasının müzakirəsi məsələsinə toxunan sözçü Aİ-nin mövqeyinin dəyişmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu müzakirələr yalnız atəşkəs əldə edildikdən sonra başlaya bilər.
.
