Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.

Bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.

Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

***

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş ərazilərə gəliblər.

Nümayəndələr Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlar işğal zamanı Füzulinin dağıdılmış yaşayış məntəqələrinə baxdıqdan sonra Füzulidən Şuşaya yola düşüblər.

.