Fərid Ağayev 1988-ci ildə Bakıda doğulub və Bakı İdman Akademiyasını bitirib.
Fərid 12 yaşından boksla məşğuldur və bu vaxta qədər yeniyetmələr, gənclər, kişilər arasında Azərbaycan çempionu, yeniyetmələr və gənclər arasında Avropa və dünya mükafatçısı olub.
Peşəkar boksa qədəm qoyan Fərid Ağayev 2013-cü ildə ABŞ-da Mayk Taysonun ən nüfuzlu ve WBİ versiyasi hesab olunan klubuna dəvət alıb. Bu dəvətdən dərhal sonra Floridada, Mayami şəhərində ilk üç sınaq döyüşünə qatılıb. Sınaq görüşlərinin heç biri 1 dəqiqədən artıq çəkməyib. Fərid öz rəqiblərini iki nokaut və bir texniki nokautla məğlub edib. Bununla da WBİ versiyasına döyüş lisenziyası alıb.
Fəridin ilk rəsmi döyüşü Oklahoma ştatının Tulsa şəhərində Amerika boksçusu ilə olub və cəmi 49 saniyə çəkib. Fərid həmin döyüşdə rəqibini nokautla rinqdən çıxarıb.
Bu günə qədər 8 döyüş keçirən Fərid onların 7-ni nokautla başa vurub. O, sentyabr ayında Las-Veqas şəhərində çempionluq kəməri uğrunda döyüşəcək. Mayk Taysonun sevimli tələbəsi və davamçısı olan Fərid Ağayev nikbin görünür və Fernando Guerrero adlı boksçu ilə döyüşə hazırlaşır.
Fərib bildirir ki, peşəkar boks Azərbaycanda hələ inkişaf etmədiyi üçün o, Amerikadadır və Azərbaycanı burada təmsil edir. Həm də ən yaxşı səviyyədə təmsil edir və hər bir qələbədən sonra Azərbaycan bayrağını qaldrımaq ona xüsusi güc verir. Növbəti görüşü çempionladır.
Fərid Ağayev deyir: "Mən buna xüsusi əhəmiyyət verirəm, amma proqnozlaşdırmaq da istəmirəm. Sadəcə olaraq onu deyə bilərəm ki, özümə inanır, güvənir, zamanın rinqdə verəcəyi hökmü bəri başdan qəbul edirem".
İndi Azərbaycanda bu versiyada döyüşməyə hazır olan idmançılar varmı?
Fərib bədbin deyil, amma bildirir ki, indi döyüşən çoxdur, amma o versiyalar Avropadan kənarda tanınmır: "Heç bir döyüşçü inciməsin, mən təkcə Romal Amanovun döyüşünü bəyənirəm. Yaxın vaxtlarda Romalın Amerikada ən yüksək versiyada döyüşməyə dəvət alacağına inanıram".
.
