Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə superağır çəkidə dünya çempionu olan britaniyalı Tayson Fyuri karyerasının başa çatdığını elan edib.
Yenizaman.az xəbər verir ki, o, bu barədə tvitter səhifəsində məlumat verib.
"Boks mənim həyatım boyunca məşğul olduğum ən darıxdırıcı şeydir. Mən ən böyüyəm və mən gedirəm. Xoşbəxt günlər”, - deyə Fyuri qeyd edib.
Xatırladaq ki, sentyabrın 22-də idmançıdan götürülən dopinq testi nəticəsində onun qanında kokain maddəsi aşkar edilib. Beləliklə o, qazandığı kəmərləri itirmək təhlükəsiylə üzləşib.
.
