Məşhur boksçular Mayk Tayson və Evander Holifild yenə üz-üzəgəliblər. Bu dəfə rinqdə yox, bir reklam filmində.
Tayson filmdə Holifilddən üzr istəyir və keçmiş rəqibinin dişləyib qopardığı qulağını özünə qaytarır.
Yada salaq ki, 1997-ci ildə Taysonla Holifild arasında keçirilən döyüş böyük qalmaqala səbəb olmuşdu. "Dəmir Mayk” ləqəbli Tayson məğlub olmağını həzm edə bilmədiyindən Holifildin qulağının bir parçasını elə rinqdəcə dişləyərək qoparmışdı. Bu hadisədən sonra bir müddət Taysonun rinqə çıxması qadağan olunmuşdu.
