Dünya futbolunun ulduzlarından biri olan keçmiş fənərbaxçalı oyunçu Aleks de Souze futboldan ayrılacağını açıqlayıb.
ANS PRESS-in xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayan ulduz futbolçu bu haqda keçirdiyi mətbuat konfransında da açıqlama verib.
Aleks bu ilin sonunda futbolla vidalaşacağını deyib.
Braziliyalı futbolçunun sözçüsü Axaz Fellegger isə twitterdə bu barədə konkret tarix açıqlayaraq Aleksin 8 dekabr 2014-cü ildə futboldan ayrılacağını yazıb.
Ulduz futbolçu özü isə twitterdə, artıq sevdikləri ilə vaxt keçirəcəyini qeyd edib.
Qeyd edək ki, 37 yaşlı Aleks de Souze peşəkar futbol həyatına 2 aprel 1995-ci ildə başlayıb.
.