Azərbaycanın maliyyə sənayesinin aktivlərinin ÜDM-ə nisbəti iyul ayının sonuna olan göstəriciyə əsasən 44,5% təşkil edir ki, bu da oxşar ölkələrlə müqayisədə aşağı hesab olunur.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur - bütövlükdə maliyyə sektorunda 99,5% təşkil edir.

"Biz 2023-2026-cı illər üzrə maliyyə sektorunun inkişafına dair strategiyanın həyata keçirilməsi ilə hesab edirik ki, maliyyə sektorunun maliyyə inklüzivliyi göstəricilərini daha da yaxşılaşdırmağa nail ola biləcəyik",- deyə Taleh Kazımov qeyd edib.

.