"Bavariya”nın oyunçuları Almaniya Çempionatı çərçivəsində "Ştutqart” qarşısındakı qələbəni əylənərək qeyd ediblər.
Bastian Şvaynştaygerin sevgilsii Ana İvanoviç vestern stilində kostyum partisi təşkil edib. Bildirilir ki, Robert Levandovski, Mario Götze, Xavi Martines öz sevgililəri ilə dəvətlilər sırasında olublar.
Qeyd edək ki, Almaniya Çempionatının 20-ci turunda "Bavariya” "Ştutqarta” 2:0 hesabı ilə qalib gəlmişdi.



