Sürüşmə aktivləşdi - Orada 150 mindən çox əhali yaşayır

9,406 oxunub

"Nə qədər maarifləndirmə işləri aparılsa da, əhalini bu prosesdən xəbərdar etsək də, Zığ sürüşmə sahəsində hələ də evlər tikilir”.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, son zamanlar atmosfer yağıntılarının təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə edilir. Bəzi tikilərinin divarlarında və torpaq qatında çatlar var.

Nazirlik rəsmisi qeyd edib ki, Zığ sürüşmə sahəsinin akltivləşməsində təbii prosesdən əlavə, antropogen təsir daha çox rol oynayır:

"Təbii ki, əhali yaşayan yerdə kanalizasiya xətti yoxdur. Təsərrüfat, məişət sularının yerin təkinə vurulması sürüşmə prosesini aktivləşdirir. Əhali özü sürüşmənin baş verməsinə birbaşa təsir göstərir. Həm yamac kəsilir, həm də kanalizasiya, drenaj şəbəkəsi olmadığından bütün təsərrüfat, məişət suları yerin təkinə vurulur və nəticədə aktivləşmə baş verir”.

R.Həsənov bildirib ki, son vaxtlar Sabunçu rayonunun bir neçə qəsəbəsindəki bəzi subasma sahələrində qrunt sularının səviyyəsinin qalxması və su basma halları müşahidə edilir.

Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var. Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar və Masazır gölünün ətrafında - ümumilikdə Bakıda təxminən 20 yerdə böyük sürüşmə sahəsi var ki, orada 150 mindən çox əhali yaşayır.


Yenizaman.az

.
XƏBƏRLƏR 28-07-2026
09:16 Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
09:01 Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
Təqvim