"Liverpul"un hücumçusu Luis Suares İngiltərə premyer-liqasında bir ay ərzində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Uruqvaylı forvard "Kardiff"lə matçda dubl etməklə son 1 ayda 10-cu qolunu vurub. Bundan başqa, Suares "Norviç"in qapısından 4, "Vest Hem" və "Tottenhem"in qapısından isə iki top keçirmişdi.
Ümumilikdə 26 yaşlı forvard 11 görüşdə 19 dəfə fərqlənməklə İngiltərə çempionatında bombardirlər yarışına başçılıq edir.
.