Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın tənqidinə baxmayaraq, İranla müharibəyə qoşulmaq niyyətində deyil.
"Sky News" xəbər verir ki, bunu Birləşmiş Krallığın Baş naziri Kir Starmer parlamentin İcmalar Palatasında çıxışı zamanı bildirib.
"Bu, bizim müharibəmiz deyil və kursumu dəyişdirmək üçün mənə böyük təzyiq göstərildi. Mən fikrimi dəyişdirmək və güzəştə getmək niyyətində deyiləm. Bu müharibəyə qoşulmaq bizim milli maraqlarımıza cavab vermir və biz bunu etməyəcəyik", - hökumət başçısı deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ ilə Böyük Britaniya arasındakı "xüsusi münasibətlər"in çətin dövrdən keçdiyini bəyan etmişdi.
.
