
“Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətləri Gürcüstan qanunvericiliyinin pozulmasıdır. Bu, həmçinin ironik olaraq ATƏT-in mənzil qərargahının olduğu şəhərdə qəbul edilmiş Vyana Konvensiyasının 41-ci bəndinin pozulmasıdır”.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb.
Spikerin sözlərinə görə, ATƏT sədri Tbilisidəki aksiyada iştirak etməklə gürcü xalqına zorakı çevrilişi dəstəklədiyini və qaydalara əsaslanan beynəlxalq nizamın boş ifadə olduğunu göstərib.
Papuaşvili qeyd edib ki, Gürcüstan qanunvericiliyi istənilən yerdə toplaşmaq hüququna təminat verir və yolun bağlanmasına yalnız o halda icazə verilir ki, çox sayda insanı səkidə saxlamaq olmur:
“Finlandiyalı nazirin bundan xəbəri olmaya bilər, lakin o, son 13 ildə bu hüququn Gürcüstan dövləti tərəfindən pozulması ilə bağlı bir halın adını çəkə bilməz”.
.