Moskva istiqamətində uçan Ukraynanın dörd pilotsuz uçuş aparatı vurulub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, dronların hissələrinin düşdüyü yerlərdə operativ xidmətlər çalışır.

Mer vurğulayıb ki, sutka ərzində Moskva istiqamətində vurulan Ukrayna dronlarının sayı 24-ə çatıb.

.