Soyuq aylarda infeksiyalar aktivləşir. Bunlar arasında ən təhlükəlisi qripdir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip infeksiyası zamanı sinir sisteminin, müxtəlif orqanların zədələnməsi ola bilər:

"İlk günlərdə diqqət edilməsə, ciddi ağırlaşmalar ola bilər. Qripin müalicəsində birinci şərt diaqnozun qoyulmasıdır. İlk iki sutka ərzində antivirus preparatlarında istifadə effektivdir. Antibiotiklərdən istifadə isə yolverilməzdir. Onun viruslara heç bir faydası yoxdur, əksinə immuniteti zəiflədir".

.