Azərbaycan Baş naziri Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır.
Bu barədə "Report"a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
O, xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edir.
Onun sözlərinə görə, bu səfər iki ölkənin hökumətləri arasında əldə edilmiş razılaşmalar və Belarus ilə Azərbaycan liderlərinin tapşırıqları çərçivəsində planlaşdırılmış tədbirlərdən biridir.
"Bu ilin sonu, gələn ilin əvvəlində Azərbaycan baş nazirinin Belarusa səfəri planlaşdırılır", - diplomat qeyd edib.
Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr geniş spektri əhatə edib
Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr ikitərəfli münasibətlərin bütün spektrini əhatə edib.
Bu barədə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, məsləhətləşmələr zamanı ticari-iqtisadi əməkdaşlıq, təhsil və mədəniyyət layihələri, idman sahəsində qarşılıqlı fəaliyyət və digər istiqamətlər müzakirə olunub.
"Faktiki olaraq, XİN-lərarası məsləhətləşmələr münasibətlərimizin bütün spektrini - ticari-iqtisadi, təhsil, mədəniyyət, idman sahələrini əhatə edib", - diplomat qeyd edib.
O vurğulayıb ki, məsləhətləşmələrin yekunları üzrə tərəflər əvvəllər planlaşdırılan layihələri, həmçinin beynəlxalq platformalarda bir-birinə dəstəyi, eləcə də qarşılıqlı marağı təsdiqləyiblər.
Dmitri Pineviç həmçinin iki ölkənin beynəlxalq tədbirlərdə və sərgilərdə planlaşdırılan qarşılıqlı iştirakı barədə məlumat verib.
Onun sözlərinə görə, Belarus nümayəndə heyəti oktyabr ayında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə iştirak edəcək. Azərbaycan isə öz növbəsində Belarusda keçiriləcək "Vinoprom" sərgisinə qatılacaq.
Səfir qeyd edib ki, ölkələr həmçinin sərgilərdə qarşılıqlı iştirakı davam etdirəcəklər.
XİN-lərarası məsləhətləşmələrin növbəti raunduna toxunan Pineviç müxtəlif sahələr üzrə məsləhətləşmələr planının tərtib olunacağını bildirib.
"Bunlar qlobal və ayrı-ayrı sektorlarda aparılan məsləhətləşmələrdir və hər il belə məsləhətləşmələr keçiriləcək. Onlar əvvəllər də keçirilib", - o bildirib.
Diplomat əlavə edib ki, iki ölkənin XİN-ləri arasında əlaqələr müntəzəm qaydada, o cümlədən xarici işlər nazirləri və nazir müavinləri səviyyəsində davam etdirilir.
Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır.
Bu barədə "Report"a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir.
"Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq", - diplomat qeyd edib.
Dmitri Pinkеviç həmçinin bildirib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti "Vertus"un iştirakı ilə birgə lift istehsalının yerləşdirilməsi planlaşdırılır.
"2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin - "Vertusgülnar" şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını yerləşdirməyi planlaşdırırıq", - səfir bildirib.
.
