jpg-1760964460.jpg)
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Avropa Komissiyası tərəfindən hazırlanan qaz alışları üçün maliyyə alətləri haqqında müsbət fikir bildirib.
Bu barədə "İnterfaks-Ukrayna" ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xarici siyasət idarəsinin rəhbəri, həmçinin vurğulayıb ki, Ukrayna enerji resurslarının alternativ tədarük yollarını inkişaf etdirməyə hazırdır.
"O, xüsusilə Ukraynanın unikal qaz anbarlarının imkanlarını nəzərə alaraq, Avropanın şimal və cənub istiqamətlərindən enerji resurslarının, o cümlədən ABŞ maye qazının alternativ tədarük yollarını inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib", - mətbuat xidmətinin açıqlamasında bildirilib.
.