Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyunlar Pireney yarımadasında baş tutub.
İspaniyada iki yerli klub – "Sevilya” və "Valensiya” üz-üzə gəlib. Son illər həmyerlilərini məğlub etməkdə ixtisaslaşan "Sevilya” bu dəfə də ənənəyə sadiq qalıb. İlk hissədə 2 qol vuran sevilyalılar Valensiyaya nisbətən rahat yollanacaqlar.
Digər oyuda "Benfika” isə "Yuventus”la görüşüb. Portuqaliyada keçən gərgin oyun "Benfika"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabdakı sürüşkən fərq İtaliyadakı oyunun da gərgin olacağına təminat verir.

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
24 aprel

"Sevilya” (İspaniya) – "Valensiya” (İspaniya) - 2:0
Qollar: M Bia, 33; Bacca, 36

"Benfika” (Portuqaliya) – "Yuventus” (İtaliya) - 2:1
Qollar: Garay, 3; Lima, 84 - Tevez, 73
.