"Mançester Siti" rəhbərliyi Serxio Aqueronun "Real" klubuna keçməsinə razılıq verib. Bu barədə ictimaiyyətə "Mirror" qəzeti məlumat yayıb. Məlumata görə, Madrid təmsilçisinin prezidenti Florentino Perez İngiltərə klubunun sahibi şeyx Mənsurla görüşüb.
Qeyd edək ki, tərəflər arasında razılıq əldə olunub. Lakin "Kral klubu" argentinalı futbolçunun transferi üçün 48 milyon avrosundan keçməli olacaq.
.
