Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippi ilə müdafiə sahəsində əməkdaşlığın artırılması imkanlarına dair əla söhbətimiz oldu.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.

Səfir qeyd edib ki, minatəmizləmə və zabitlərin hazırlığı ilə bağlı mühüm işlər görülür.

.