Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün uyğun şərait yaradılmalıdır.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır.

Diplomat, Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü də xatırladıb.

Rusiya səfiri Qarabağdakı sülhməramlıların Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib.

Səfir keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Sülhməramlılar Qarabağdadır və Ukraynaya göndərilməyib”, - diplomat vurğulayıb.

.