Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukla görüşüb.
Işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri, bu ilin aprelin 16-da Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının yekunları və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.
.
