Şabranda sürüşmə - 5 evə ziyan dəydi (Foto)

9,843 oxunub

Şabran rayonununda torpaq sürüşməsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazbabalı kəndində qeydə alınıb. Kənd icra nümayəndəsinin sədr müavini Fürsət Təhməzov bildirib ki, həmin kəndə yaşamağın təhlükəli olduğunu bildirib: "Son günlər aramsız yağan yağış və qar sürüşmə prosesini aktivləşdirib. Təbii fəlakət nəticəsində beş evə ziyan dəyib və kəndə gedən yol dağılıb. Sürüşmə zamanı kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevaya məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərdə çatlar əmələ gəlib və yaşamaq mümkün olmadığı üçün ailə üzvləri qohumlarının evlərində məskunlaşıblar".

Qeyd edək ki, Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr aralıqda yerləşir. Kənddə 80 təsərrüfat var. Rayon mərkəzi ilə kəndi birləşdirən yeganə yol sürüşmə nəticəsində tamamilə dağılaraq sıradan çıxıb.


.
XƏBƏRLƏR 28-07-2026
27-07-2026
19:39 Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
19:06 AP: Vasitəçilər ABŞ və İranı yenidən danışıqlara qaytarmaq istiqamətində irəliləyiş əldə ediblər
19:01 Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
18:23 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
18:10

Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatının açılış mərasimi keçirilib

18:03 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqlənib
17:31 Peskov: Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir
17:26 "Toplum TV" işi üzrə hökm oxunub
17:03 "Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb
16:59 Səudiyyə Ərəbistanı neft obyektlərinə yönələn PUA-ların məhv edildiyini açıqlayıb
16:29 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıb 
16:10 Azərbaycanda bu ilin II rübündə qaz hasilatı 1 % artıb
15:54 Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
15:35 Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
15:18 Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
Təqvim