NATO-nun baş katibi Mark Rutte ABŞ-ın bəzi müttəfiqlərdən narazılığını anladığını deyib.
Bu barədə o, "CNN"ə açıqlamasında deyib.
Rutte qeyd edib ki, Donald Tramp bəzi NATO ölkələrinin mövqeyindən narazıdır, lakin Avropa ölkələrinin əksəriyyəti bazalar, logistika və digər sahələrdə dəstək göstərib.
NATO-nun baş katibi bəzi alyans ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini də etiraf edib.
O, bu məsələni ABŞ Prezidenti Donald Trampla görüşdə müzakirə etdiyini bildirib.
Ruttenin sözlərinə görə, Tramp ilə danışıq açıq və səmimi keçib
.
