Ukraynanın hazırda etdiklərindən daha çoxunu Rusiyaya edə bilərik.

Bunu NATO Baş katibi Mark Rutte deyib.

O, vəziyyətin Rusiyanın xeyrinə olmadığını və rəsmi Moskvanın NATO-nun gücündən xəbərdar olduğunu vurğulayıb.

“Putin Ukraynaya hücumdan 4-5 gün sonra böyük bir mərasim planlaşdırırdı. Bu mərasim hələ də baş tutmayıb”,- Rutte bildirib.

Rutte NATO-nun Rusiya ilə potensial münaqişədə qalib çıxacağını iddia edib.
 

.