Biz Ermənistan-Azərbaycan dövlət sərhədinin tezliklə delimitasiyası və demarkasiyası prosesinin başlanmasına tərəfdarıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova deyib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılmasına tərəfdardırlar.

XİN rəsmisi qeyd edib ki, Rusiya sülhməramlı qüvvələri məsuliyyət daşıdığı zonada sabitliyin təmin olunması ilə bağlı müvafiq tədbirləri görür.

.