
Rusiya və Ukrayna İstanbulda keçirilmiş üçüncü danışıqlar raundunun nəticələrinə əsasən yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi barədə razılıq əldə ediblər.
Bu barədə TASS agentliyinin mənbəsi məlumat yayıb.
“Əsas nəticə odur ki, yalnız hərbi əsirlərin deyil, həm də mülki şəxslərin dəyişdirilməsi planlaşdırılır”, – deyə mənbə bildirib.
Qeyd edək ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında baş tutan bu görüş təxminən 40 dəqiqə davam edib.
.