Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye və enerji obyektlərinə qarşı "Kinjal" raketləri də daxil olmaqla dəqiq idarə olunan silahlarla kütləvi hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlum hücum Ukraynanın terror hücumlarına cavab olaraq həyata keçirilib.

Bundan başqa, Rusiya MN Ukraynanın Dnepropetrovsk vilayətindəki Orestopol yaşayış məntəqəsini ələ keçirdiyini, Donetsk vilayətinin Krasnoarmeysk şəhəri yaxınlığındakı Roq kəndini Ukrayna qoşunlarından tamamilə təmizlədiyini açıqlayıb.

.