Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı ilə əlaqədar elan etdiyi atəşkəs başlayıb.
Atəşkəs 11 aprel Moskva vaxtı ilə saat 16:00-dan 12 aprel günün sonuna qədər davam edəcək.
Qeyd edək ki, aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar olaraq 11 aprel saat 16:00-dan 12 aprel günün sonunadək hərbi atəşkəs elan edib.
O, Rusiya müdafiə naziri Andrey Belousov və Rusiya ordusunun Baş Qərargah rəisi - Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmağı tapşırıb.
.
