7 may gecəsi Ukrayna dronları Latviya ərazisindən Sankt-Peterburq yaxınlığında mülki infrastruktur obyektlərinə hücum etməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiya hərbi qüvvələri Latviya hava məkanında altı drondan ibarət qrup aşkar edib.
“Onlardan beşi Rezekne şəhəri yaxınlığında yoxa çıxıb, altıncısı isə Rusiya ərazisi üzərində vurulub. Vurulan dron qalıqlarından onun "Lyutıy" tipli PUA olduğu müəyyən edilib”, - Rusiya MN-in məlumatında bildirilib.
.
