Litva rəhbərliyi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında gərginlik yaradır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasından bildirilib.
Təhlükəsizlik Şurası Litva hakimiyyətinin ölkədəki iqtisadi və sosial problemləri görməzdən gəldiyini və respublikanın hərbiləşdirilməsi kursunu davam etdirdiyini vurğulayıb.
Rusiya TŞ 2030-cu ildə tam əməliyyat hazırlığına çatması planlaşdırılan 1-ci Litva Diviziyasının yaradılmasına diqqət çəkib, eyni zamanda, qeyd edilib ki, həmin vaxta qədər diviziyanın tərkibinə 20 min əsgər daxil olmalıdır.
.
