Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Birləşmiş Ərəb Əmirliklərinə və İran üzərindən uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Rosaviasiya Nəqliyyat və Xarici İşlər nazirliklərinin mövqeyini nəzərə alaraq, Rusiya aviaşirkətlərinə BƏƏ-yə və BƏƏ-dən uçuşlar üçün bilet satışlarını dayandırmaq tövsiyələrini ləğv edib”, - nazirliyin açıqlamasında bildirilib.
Həmçinin, qeyd olunub ki, Rusiya aviaşirkətlərinin İran hava məkanı vasitəsilə uçuşlarına qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.
.
