Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası yenidən uçot dərəcəsini 2 faiz bəndi azaldaraq 20 %-dən 18 %-ə endirib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Bankı bəyan edib ki, orta müddətli perspektivdə inflyasiya riskləri dezinflyasiya risklərindən üstündür. Əsas inflyasiya riskləri xarici ticarət şərtlərinin pisləşməsi və digər məsələlər ilə bağlıdır.

"Geosiyasi gərginlik qeyri-müəyyənliyin əhəmiyyətli faktoru olaraq qalır. Dezinflyasiya riskləri sərt pul-kredit şərtlərinin təsiri altında kreditləşmə və daxili tələbatın artımının daha əhəmiyyətli yavaşlaması ilə bağlıdır", - məlumatda qeyd olunub.

Mərkəzi Bank həmçinin vergi məqsədləri üçün hesablanan neft qiyməti üzrə 2025-2026-cı illər üçün proqnozunu yeniləyib, onu əvvəlki, aprel proqnozundakı 1 barel üçün 60 ABŞ dollarından 55 ABŞ dollarına endirib. 2027-2028-ci illər üçün proqnoz – 1 barel üçün 60 ABŞ dollarıdır.

.