
Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov RBK-dəki yazısında bildirib.
Onun sözlərinə görə, sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında malların bəyan edilməsi və buraxılması zamanı inzibati yükün azaldılmasını və gömrük nəzarəti tədbirlərinin tətbiqinin tezliyini nəzərdə tutur.
Davıdov həmçinin Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirildiyini də bildirib.
.