Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması və ya ittifaqdan xaric edilməsi halında ölkə iqtisadiyyatında hansı dəyişikliklərin baş verəcəyi parlamentdə müzakirə olunub.
"Sputnik-Armenia" xəbər verir ki, bu barədə müxalifətçi deputat Aqnessa Hаmoyan iqtisadiyyat nazirinin müavini Narek Ovаkimyana Ermənistanın Aİİ-dən çıxmasının ölkə iqtisadiyyatına təsiri ilə bağlı sual ünvanlayıb.
Müzakirə zamanı parlamentin spikeri Ruben Rubinyan da məsələyə münasibət bildirib.
“Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil, belə bir mexanizm mövcud deyil”, –Rubinyan bildirib.
Qeyd edək ki, məsələ Aİİ ilə İndoneziya arasında ticarət sazişinin Ermənistan parlamentində müzakirəsi zamanı gündəmə gəlib.
.
