İspaniyanın "Real Madrid" futbol klubu Kriştianu Ronaldu ilə müqaviləni 2021-ci ilədək uzadıb.
Teleqraf.com-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, yeni anlaşmanın məbləği açıqlanmır.
Hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, komandanın ən yüksək ödənişli futbolçusudur.
