"Kordoba" ilə La Liqa matçında rəqibini vurduğu üçün meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun cəzası bəlli olub.
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi portuqaliyalı futbolçunu iki oyunluq cəzalandırıb.
İspaniya mətbuatı yazıb ki, Ronaldo La Liqanın növbəti iki matçında - "Real Sosyedad"la 21-ci turun oyununda və "Sevilya" ilə 16-cı turdan təxirə salınmış görüşdə komandasına kömək edə bilməyəcək. Bu səbəbdən 29 yaşlı futbolçu "Atletiko" (Madrid) klubu ilə 22-ci turun görüşündə iştirak edəcək.
Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun (2:1) 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. (qol.az)
.