"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo mövsümün sonunda komandadan ayrıla bilər.
Qol.Az-ın "El Confidencial"a istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Florentina Perez açıqlamasında deyib. Perez yaxşı təklif alacaqları təqdirdə portuqaliyalı futbolçu ilə yollarını ayıracaqlarını bildirib. Ronaldonun "Real"la mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq. Qeyd edək ki, Ronaldo 2009-cu ildə 94 milyon avro müqabilində "Mançester Yunayted"dən "Real"a transfer olunub.
.
